Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Peşə və sahə assosiasiyalarının yaradılması mövzusunda iclas keçirilib

0

  • Dekabrın 14-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi ilə bağlı iclas keçirilib. İclasda Xocalı Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin, dövlət idarələri və ictimai xidmət təşkilatlarının həmkarlar ittifaqı rayon komitəsinin, icra hakimiyyəti yanında İctimai Şuranın, Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon baytarlıq idarəsinin nümayəndələri iştirak ediblər.Rayon icra hakimiyyəti başçısının aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev çıxış edərək sahibkarların maraqlarının müdafiəsindən söz açıb, məşğulluğun artırılması, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi və digər bu kimi işlərin həyata keçirilməsi baxımından peşə və sahə assosiasiyalarının yaradılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, maarifləndirmə işlərində ictimai şuranın, medianın da rolundan danışıb, birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.Daha sonra tədbir iştirakçılarının fikirləri öyrənilib. Çıxış edənlər rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, bununla bağlı təkliflərini bildiriblər. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib35 dəfə
    Peşə sahə assosiasiyalarının yaradılması mövzusunda iclas keçirilib

    Maraqlı gələ bilər
    34
    29
    38
    36